Daha 3 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi
Facebook
Вконтакте
Одноклассники
Google+

Qarabağdakı döyüşlər zamanı ölən daha 3 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Telexeber.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Meyitlər Şuşa ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 673-ə çatıb.