ABŞ İraqdan bu tarixdə tamamilə çıxacaq
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ hərbi qüvvələrini İraqdan çıxarmağa başlayıb.
Telexeber.az xəbər verir ki, bu barədə məlumatı İraq Baş naziri Mustafa Əl-Kazıminin mətbuat xidməti yayıb.
Çəkilmə prosesinin dekabrın 31-dək tamamlanacağı bildirilib.
Proses İraq Müdafiə Nazirliyinin Birgə Əməliyyatlar Komandanlığı və beynəlxalq koalisiya qüvvələri arasındakı plana görə həyata keçiriləcək.
Qeyd edək ki, çəkilmə prosesi barədə qərar sentyabrın 17-də açıqlanmışdı.