Yəməndə qubernatora sui-qəsd olundu
Facebook
Вконтакте
Одноклассники
Google+

Yəməndə Ədən qubernatoru Əhməd Həmid Lemlesin konvoyuna bombalı hücum olub.
Telexeber.az xəbər verir ki, hadisə zamanı üç nəfər həyatını itirib, dördü yaralanıb.
Bildirilib ki, Ədən vilayətinin Ət-Təvahi şəhəri yaxınlığında qubernatorun maşını keçərkən yola yerləşdirilən bomba partladılıb.
Qubernator sui-qəsddən sağ xilas olub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hələlik rəsmi açıqlama verilməyib.