Rusiya Çin və Hindistana zenit-raket komplekslərini SATACAQ
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin və Hindistan Rusiyanın ən yeni S-500 zenit-raket komplekslərini ala bilər.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSMTC) direktoru Dmitri Şuqayev RBC -yə müsahibəsində bildirib.
O, deyib ki, S-500-lərin ilk istehsal modelinin tezliklə orduya təhvil verilməsi planlaşdırılır. Hindistan və Çindən başqa, “uzunmüddətli, tərəfdaşlıq əlaqələri” olan ölkələr də S-500 sisteminin tədarükünə arxalana biləcəklər. O qeyd edib ki, potensial müraciətlərə ayrı-ayrılıqda baxılacaq.
Şuqayev həmçinin xatırladıb ki, Hindistan artıq S-400-lərə dair müqavilə imzalanmış uzunmüddətli strateji tərəfdaşdır. Ölkə 2021-ci ilin sonuna qədər bu sistemin birinci bölməsini alacaq.
Qeyd edək ki, 2019-cu ilin iyul ayında Hindistanın Rusiya ilə minə yaxın təyyarə raketinin tədarükü üçün müqavilə imzaladığı məlum olub . Rusiyanın S-400 zenit-raket komplekslərinin Hindistana tədarükü 2023-cü ilin aprelində başa çatacaq.