ABŞ Pekin Olimpiadasını BOYKOT ETDİ: Pekin bütün ittihamları rədd edir
Facebook
Вконтакте
Одноклассники
Google+
Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ın Pekin Olimpiadasını boykot etmək qərarını siyasi manipulyasiya və Olimpiya ruhunun təhrifi adlandırıb.
Telexeber.az xəbər verir ki, açıqlamada bildirilir ki, Ağ Ev Pekin Qış Olimpiya Oyunlarına rəsmi nümayəndə heyəti göndərməyəcəyini bildirib. Vaşinqtonda deyildiyi kimi diplomatik boykot amerikalı idmançıların iştirakına şamil edilmir.
"ABŞ siyasətçilərinə heç bir dəvət göndərilməməsi və bu cür iddialı aksiya sadəcə siyasi manipulyasiya və Olimpiya Xartiyasının ruhunun ciddi şəkildə təhrifidir", - səfirliyin sözçüsü belə deyib. O bildirib ki, “əslində bu insanların gəlib-gəlməməsi heç kimin vecinə deyil və bu, 2022-ci ildə Pekində Qış Olimpiya Oyunlarının uğurla keçirilməsinə heç bir şəkildə təsir etməyəcək”. Onu da bildirək ki, Sincandakı vəziyyətlə əlaqədar Aİ, ABŞ, Kanada və Böyük Britaniya uyğurların hüquqlarını pozmaqda, etnik azlıqlara təzyiq göstərməkdə və məcburi əməyə cəlb etməkdə ittiham olunan Çinə qarşı sanksiyalar tətbiq edib. Amma Pekin bütün ittihamları qəti şəkildə rədd edir. Çin hakimiyyəti iddia edir ki, Sincanla bağlı insidentlər ümumiyyətlə insan haqları, etnik və ya dini məsələlərlə bağlı deyil, zorakılıq, terrorizm və separatizmlə bağlıdır.