Özbəkistanda da “Omikron” aşkarlandı
Facebook
Вконтакте
Одноклассники
Google+
Özbəkistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib ki, bazar günü ölkədə koronavirusun “Omikron” ştammı ilə ilk yoluxma halı qeydə alınıb.
Telexeber.az xəbər verir ki, koronavirusla mübarizə üzrə respublika xüsusi komissiyasının iclasında COVID-19-a yoluxma hallarının artdığı, bu xəstəliyə qarşı zəruri tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edilib. Həmçinin, yeni ştammın aşkarlanmasıyla ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndiriləcəyi vurğulanıb.
İclasdan sonra nazirliyin tövsiyyəsi əsasında artıq ölkəyə giriş qaydaları dəyişdirilib. Bundan sonra Özbəkistan ərazisinə daxil olmaq istəyən şəxslərdən son 72 saat ərzində deyil, son 48 saat ərzində verilmiş PCR testin nəticələri tələb olunacaq.