Dünya tibb tarixində İLK YAŞANDI: Donuz ürəyi insana köçürüldü - FOTO
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-da donuz ürəyi insana köçürülüb.
Telexeber.az xəbər verir ki, "New York Times" qəzetinin yazdığına görə, səkkiz saatlıq əməliyyat nəticəsində 57 yaşlı xəstəyə geni dəyişdirilmiş donuzun ürəyi uğurla köçürülüb.
Əməliyyatı həyata keçirən tibb mərkəzində ürək transplantasiyası proqramının direktoru doktor Bartley Griffith bildirib ki, bu cür prosedurlar gələcəkdə böyrək və digər orqanları gözləyən yarım milyondan çox amerikalı üçün əvəzedici orqan çatışmazlığının olmadığı bir vaxtda tibbdə yeni bir dövr açacaq.Hazırda xəstənin vəziyyəti normal olsa da o ciddi nəzarət altındadır. Çünki belə əməliyyat zamanı risk az olsa belə insanlara ötürülə bilən donuz virusuna görə pasiyentin gözləməli olduğu bir müddət olur.
Məlumat üçün bildirək ki, heyvanlardan insana orqan və ya toxumaların transplantasiyası və ya köçürülməsi prosesi olan ksenotransplantasiya uzun tarixə malikdir. Donuzlar orqan tədarükü üçün primatlardan daha böyük üstünlüklərə sahibdir, çünki onları böyütmək və altı ayda yetkin insan ölçüsünə çatdırmaq daha asandır. Hazırda donuz ürək qapaqları mütəmadi olaraq insanlara köçürülür və diabetli bəzi xəstələr donuz mədəaltı vəzi hüceyrələrini qəbul etdilər. Donuz dərisi də yanıq xəstələri üçün müvəqqəti transplantasiya kimi istifadə edilmişdir.