Koronavirusu təhlükəli edən ƏSAS RİSK tapıldı: Hər insanda YOXDUR

Koronavirusu təhlükəli edən ƏSAS RİSK tapıldı: Hər insanda YOXDURAlimlər koronavirusla bağlı aparılan araşdırma zamanı müəyyən ediblər ki, üçüncü xromosomda yerləşən gen ağır COVID-19 riskini artırır.

Telexeber.az xəbər verir ki, tədqiqatçılar vurğulayıblar ki, onlar eyni yaşda və sağlam vəziyyətdə olan insanların orqanizmlərinin koronavirus infeksiyasına niyə fərqli reaksiya verdiyinin hələ də məlum olmadığını, lakin bunun səbəbinin insan genetikasında olduğuna inanırlar. Onların fikrincə, genlər yaş, çəki və cinsdən sonra orqanizmdə koronavirusun gedişatının şiddətinə təsir edən dördüncü ən vacib amildir.
Avropalıların təxminən doqquz faizində belə bir gen var, Afrika və Hindistanda yaşayanlar isə daha az şanslıdırlar - oradakı bu gen sahiblərinin sayı 27 faizdir. Alimlərin fikrincə, sözügedən gen üçüncü xromosomda - insanlarda 23 cütdən birində yerləşir. Gözlənilir ki, bu kəşf ən böyük sağlamlıq riski olan insanları müəyyən etməyə və onları mümkün təhlükələrdən qorumağa kömək edəcək.
Популярный ролик