Lavrov və Abdullahianla Cənubi Qafqazı müzakirə etdi

Lavrov və Abdullahianla Cənubi Qafqazı müzakirə etdiRusiyanın paytaxtı Moska şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş baş tutub.

Telexeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlər Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər regionu ilə əlaqəli məsələləri müzakirə ediblər.

Diplomatlar söhbət zamanı dünya siyasətinin müəyyən məsələləri, Rusiya-İran əməkdaşlığının inkişaf perspektivləri, o cümlədən iki ölkə arasında siyasi dialoqun inkişafı, mədəni-humanitar əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi barədə danışıblar.
Популярный ролик