Peyvənd barədə İNANILMAZ QƏRAR: Fevralın 1-dən etibarən... - Hamıya aid ediləcək
Facebook
Вконтакте
Одноклассники
Google+

Avstriyada koronavirusa qarşı peyvənd məcburi hala gəlib.
Telexeber.az xəbər verir ki, bu barədə parlamentdə qərar qəbul edilib. Qərarın lehinə 137, əleyhinə 33 deputat səs verib. Bununla da, fevral ayının 1-dən etibarən ölkədə 18 yaşı tamam olan hamı məcburi olaraq peyvənd olunmalıdır. Martın 15-nə qədər vətəndaşlara cəza tətbiq edilməyəcək. Bu müddət ərzində təbliğat işləri aparılacaq. Martın 15-dən etibarən peyvənd olunmayanlar 3600 avro cəzalandırılacaq.
Qeyd edək ki, Avstriya peyvəndi məcburi edən ilk Avropa Birliyi ölkəsi olub.