Rusiyada yeni layihə: Uşaqlı ailələr üçün ipoteka kreditləri sadələşdiriləcək

Rusiyada yeni layihə: Uşaqlı ailələr üçün ipoteka kreditləri sadələşdiriləcəkRusiyada uşaqlı ailələr üçün ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi təklif edilib.

Telexeber.az xəbər verir ki, dövlət Dumasının sədr müavini İrina Yarovaya mənzil kreditini ödəmək üçün analıq kapitalından istifadə edən uşaqlı ailələr üçün daha aşağı faiz dərəcəsi ilə ipoteka kreditinə keçid prosedurunu sadələşdirməyi təklif edib. Müvafiq qanun layihəsinə 2022-ci ilin yazında ikinci oxunuşda baxılacaq .
Sənədə verilən izahatda qeyd olunduğu kimi, ana kapital proqramı işə salındıqdan sonra ipoteka faizləri xeyli aşağı düşüb və maliyyə yükünü azaltmaq üçün hazırda bir çox borcalan köhnə ipoteka kreditlərini yenidən maliyyələşdirmək üçün banklara müraciət edir.

Ekspertlərin fikrincə 2023-cü ildə Rusiyada ipoteka faizlərinin daha cəlbedici olacaq və bu, mənzil kreditlərinin kütləvi şəkildə yenidən maliyyələşdirilməsinə şərait yaradacaq.
Популярный ролик