Həkimdən uşaq sahibi olmaq istəyən qadınlara qarşı ŞOK ƏMƏL: Hamısının atası özüdür
Facebook
Вконтакте
Одноклассники
Google+
Hollandiyada böyük qalmaqalın üstü açılıb.
Telexeber.az “Mirror” qəzetinə istinadən xəbər verir ki, Cos Beek adlı kişi ginekoloq ona ana olmaq üçün müraciət edən qadınları arzusuna çatdırıb. Lakin o, donor kimi öz spermasından istifadə edib. Məlumata görə, suni yolla hamilə qalan qadınların bu hadisədən xəbəri olmayıb. Yerli mənbələr yazır ki, 1973-1986-cı illərdə həkim ginekoloq ona müraciət edən qadınların azı 21-nin uşağının atasıdır.
Hadisənin üstü bioloji ailələrini tapmağa dəstək verən “FİOM” fondunun uşaqlardan götürdüyü DNT analizləri zamanı üzə çıxıb. Həkim Cos Beekin doğma övladından götürülən nümunələrin üzləşdirilməsi nəticəsində məsələ təsdiqini tapıb.