Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçib.
Telexeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.
Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 235 694 yoluxma halı və 10 826 ölüm halı qeydə alınıb.
Hazırkı dövrədək koronavirusa 394 381 395 nəfər yoluxub. Onlardan 5 735 179 nəfəri vəfat edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.