Türkiyədə ağır qəza, ölən və yaralananlar var
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin Sivas vilayətinin Şarkışla rayonunda ağır qəza baş verib.
Telexeber.az xəbər verir ki, sərnişin avtobusu yolun buz bağlaması səbəbindən dayana bilməyib və qarşısındakı TIR-a çırpılıb.
Yük maşınının qoşqusunda ilişib qalan avtobusun sürücüsü ölüb, ikisi ağır olmaqla, beş nəfər xəsarət alıb.
Qəza Sivas-Kayseri avtomobil yolunun Şarkışla rayonu çıxışında baş verib.
Yaralılar Sarkışla və Sivas xəstəxanalarına aparılıb. Qəza ilə bağlı araşdırmalar davam edir.