ŞOK İDDİA: Bu gecə saat 05:00-da... - Qərb israr edir
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın bəzi hərbi birliklərini Ukrayna sərhədindən geri çəkməsinə baxmayaraq, qərb ölkələrinin nümayəndələri hələ də Moskvanın yaxın saatlarda hücum edəcəyini irəli sürür.
Telexeber.az xəbər verir ki, ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisi yerli mediaya Rusiyanın bu gecə Bakı vaxtı ilə saat 05:00-da Ukraynaya hücum edəcəyini irəli sürüb. “The Sun” qəzeti yazır ki, kəşfiyyatçının iddialarına görə, Rusiya raketlərlə bombardman edəndən sonra 200 min hərbçi ilə hücuma keçəcək.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi ordunun bəzi birliklərinin Ukrayna sərhədində hərbi təlimləri başa vuraraq geri qayıtdığını açıqlayıb.