Ukrayna Rusiya sərhədində atəş səsləri: Ağır silahlar işə salınıb
Facebook
Вконтакте
Одноклассники
Google+

Ukrayna ordusunun bu gün səhər saatlarında Qondarma Luqansk Xalq Respublikasının ərazisini atəşə tutduğu iddia edilir.
Telexeber.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. İddialara görə, Ukrayna hərbçiləri 4 dəfə atəş açıb. Hərbçilərin 120 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan atəş açdığı iddia olunur.
Ukrayna tərəfi hələlik iddialara münasibət bildirməyib.