İspaniya və İsveç Rusiyanı tənqid etdi: Avropanın təhlükəsizliyinə hücum edir
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniyanın baş naziri Pedro Sançes Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyib.
Telexeber.az xəbər verir ki, Sançes bildirib ki, onlar vəziyyəti koordinasiya etmək üçün Avropa İttifaqı və NATO -dakı tərəfdaşları və müttəfiqləri sıx əlaqə saxlayırlar.
İsveçin baş naziri Maqdalena Andersson da Rusiyanın Ukraynadakı əməliyyatını Avropa nizamına hücum adlandırıb. O Rusiyanı Ukraynada xüsusi hərbi əməliyyata başlaması ilə bağlı qınayıb.
"İsveç Rusiyanın Ukraynaya davam edən işğalını ən sərt şəkildə pisləyir. Rusiyanın hərəkətləri həm də Avropanın təhlükəsizlik nizamına hücumdur. Bu addıma qarşı Ukrayna ilə həmrəy olaraq vahid və sərt cavab olacaq. İnsanların iztirablarına görə Rusiya cavabdehdir".