Putindən GÖZLƏNİLMƏZ HƏMLƏ: Məğlubiyyətlə barışmaq istəmir
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatların idarəetməsini general Aleksandr Dvornikova həvalə edib.
Telexeber.az xəbər verir ki, CNN televiziyası belə iddia ortaya atıb. İddialara görə, Putin Ukraynada ciddi uğurlar əldə edə bilmədiyi üçün belə həmlə edib. Məlumata görə, bu, həm də Rusiyanın Ukraynada uğursuzluqla üzləşdiyinin sübutudur. Bildirilir ki, Rusiya ordusu Kiyevdən çəkiləndən sonra əsas diqqəti Donbas bölgəsinə yönəldəcək.
Qeyd edək ki, general Aleksandr Dvornikov Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına rəhbərlik edib. O, 2015-2016-cı illərdə Suriyada olub.