Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib.
Telexeber.az xəbər verir ki, bu barədə İxlas xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, Baş nazir vəzifəsi üçün namizədliyini irəli sürən keçmiş xarici işlər naziri Şah Mahmud Kureyşi seçkiləri boykot edərək, səsvermənin keçirildiyi iclası tərk etmişdi. Nəticədə Şahbaz Şərif Baş nazir postuna yeganə namizəd qalmışdı.
Qeyd edək ki, Şahbaz Şərif ölkənin keçmiş Baş naziri Nəvaz Şərifin qardaşıdır.