Afrika son 40 ilin ən şiddətli quraqlığı ilə üz-üzədir

Afrika son 40 ilin ən şiddətli quraqlığı ilə üz-üzədirŞərqi Afrika son qırx ilin ən şiddətli quraqlığı ilə üz-üzədir.

Telexeber.az xəbər verir ki, artıq üç ölkədə - Efiopiya, Somali və Keniya 15 milyondan çox insan quraqlıq səbəbindən aclıqla və susuzluqla mübarizə aparır. Milyonlarla insan evlərini tərk edir.
Efiopiyada yarım milyondan çox mal-qara tələf olub, quraqlıq səbəbindən kənd təsərrüfatında da heç bir irəliləyiş yoxdur. Aclıq ən çox uşaqlara təsir edir. Qitədə hər gün çoxlu uşaq ölür. Tədbir görülməsə, təkcə Somalidə bu yay 350 min uşağın öləcəyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı donor ölkələri Efiopiyaya yardıma çağırıb. Təşkilatın məlumatın görə, 130 milyon dollara ehtiyac var.
Популярный ролик