Qırğızıstan və Tacikistan sərhədində atışma oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma baş verib.
Telexeber.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
“2022-ci il aprelin 12-də Qırğızıstan-Tacikistan sərhəddində silahdan istifadə ilə bağlı təkrar insident baş verib. Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgər yaralanıb", - məlumatda deyilir.