Qırğızıstanın xarici işlər naziri istefa verdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.
Telexeber.az xəbər verir ki, bu barədə TASS-a ölkə Prezidentinin Administrasiyasındakı mənbə bildirib.
Qırğızıstan Prezidenti Sadır Japarov Kazakbayevin istefasını qəbul edib.
Xarici işlər nazirinin işdən çıxarılmasının səbəbləri göstərilmir.
Onun səlahiyyətlərini Jeenbek Kulubayev müvəqqəti icra edəcək.