Rusiyanın daha iki generalı ÖLDÜRÜLDÜ
Facebook
Вконтакте
Одноклассники
Google+

Ötən gün Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 49-cu Ümumqoşun Ordusunun qabaqcıl komanda məntəqəsini darmadağın edib.
Telexeber.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb .
"2022-ci il aprelin 22-də Ukrayna Silahlı Qüvvələri döyüş təlimatlarına və sağlam düşüncəyə zidd olaraq döyüşdən bir qədər aralıda yerləşən Rusiya İşğal Qoşunlarının 49-cu Ümumqoşu Ordusunun qabaqcıl komanda məntəqəsinə sarsıdıcı zərbə vurdu”, - məlumatda deyilir.
Məğlubiyyət nəticəsində PPU 49A məhv edildi, rusların iki generalı məhv edildi, digəri ağır yaralandı və ağır vəziyyətdə təxliyə edildi. Şəxsi məlumatları dəqiqləşdirilir.