Pakistanda anomal isti qeydə alındı
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistanda havanın temperaturu 46 dərəcə Selsini keçib.
Telexeber.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu göstərici mövsüm üçün anomal sayılır.
Məlumata görə, havanın temperaturu Pakistanın bir çox bölgəsində 6-8 dərəcə arasında artıb. Navabşahda 46,4, Sibidə 46, Bahavalpurda 43, paytaxt İslamabadda 38, Lahorda isə 41 dərəcə isti olub.
Bildirilib ki, Pakistan tarixində son illərdə havanın ən yüksək temperaturu 2017-ci il mayın 28-də Bəlucistan əyalətinin Türbət şəhərində 53,5 dərəcə qeydə alınıb.