Hər şeyi yaxşı bilirik: Bizə mane ola bilməyəcəklər - Peskov
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya ordusu ABŞ-ın, Böyük Britaniyanın və NATO-nun Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü yaxşı bilir”.
Telexeber.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Ukraynaya kəşfiyyat məlumatlarının ötürüldüyünü hamı yaxşı bilir və Qərb mediasında bununla bağlı çıxan məlumatlar həqiqətdir. Peskovun sözlərinə görə, həmin ölkələrin Ukraynaya hərbi yardım etməsi xüsusi əməliyyatın sürətlə başa çatmasına mane olsa da, məqsədinə çatmasına mane olmayacaq.