ABŞ-ın Texas ştatının Yuvald şəhərindəki orta məktəbdə atışma baş verib.
Telexeber.az xəbər verir ki, atışma zamanı ölənlərin sayı 21 nəfərə çatıb. Həyatını itirənlərin 18-i uşaq, üçü isə böyük şəxslərdir.
Bildirilir ki, məktəbdə insanlara atəş açan şəxs yerli sakin, 18 yaşlı Salvador Romas olub. Onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyi iddia edilir.