Rusiyalı iş adamlarının dondurulmuş 10 milyardlıq hesabları Ukraynaya verilə bilər
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Ukraynaya hücumundan sonra Avropa Birliyi rusiyalı iş adamlarının ümumilikdə 10 milyard avroyadək hesablarını dondurub.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Məlumata görə, Avropa Komissiyası rusiyalı iş adamlarının dondurulmuş hesabları ilə bağlı qanun layihəsi hazırlayır. Sənəd qəbul olunarsa iş adamlarının hesabları müsadirə ediləcək.
Təklifə görə, müsadirə edilən məbləğ Ukrayna hökumətinə verilə və Ukraynada yenidənqurma işlərinə sərf edilə bilər.