ABŞ əsgərlərinin olduğu hərbi bazaya hücum edildi
Facebook
Вконтакте
Одноклассники
Google+

İraqın Ənbar vilayətində ABŞ hərbçilərinin olduğu Ayn el-Esed bazasına hücum olub.
Telexeber.az xəbər verir ki, bazaya 5 raket atılıb. Fəsadlar barədə məlumat yoxdur. Hücumdan sonra bölgədə axtarış işləri başlayıb. Bildirilir ki, mərmilərin Barvana bölgəsindən atıldığı müəyyən edilib.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.