Putinin sevgilisi sanksiyalardan sonra ilk dəfə GÖRÜLDÜ
Facebook
Вконтакте
Одноклассники
Google+

Putinin gimnast sevgilisi və "iki oğlunun anası" sanksiyalardan sonra ilk dəfə görülüb.
Telexeber.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı Alina Kabaeva Qara dəniz sahilindəki Soçi kurortunda təlim-məşq toplanışında 28 uşaqdan ibarət qrupa dərs deyərkən görüntülənib. Qeyd edək ki, olimpiadada qızıl medal qazanmış bədii gimnast Alina Kabaevanın Putinlə 2015 və 2019-cu il təvəllüdlü iki oğlunun olduğu iddia edilir. Lakin Rusiya ictimaiyyətinə onun əsl statusu barədə məlumat verilməyib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən ona keçən ay İngiltərə, ardınca Kanada və Avropa İttifaqı sanksiyalar tətbiq edib.