Toqquşmalar intensivləşdi: Yüzlərlə hərbçi qonşu ölkəyə qaçdı
Facebook
Вконтакте
Одноклассники
Google+
Konqo Demokratik Respublikasının yüzlərlə hərbçisi ölkədən qaçaraq Uqandaya sığınıb.
Telexeber.az xəbər verir ki, üsyançılarla hərbçilər arasında toqquşmalar intensivləşəndən sonra əsgərlər sərhədi keçərək qonşu ölkəyə sığınıb. Məlumata görə, üsyançılar bir sıra bölgələri ələ keçiriblər. Konqo Demokratik Respublikası məsələ barədə rəsmi açıqlama verməyib. Uqanda hökuməti də qonşu ölkədən hərbçilərin qaçdığına dair məlumat yaymayıb.
Qeyd edək ki, Konqo Demokratik Respublikasının Ruanda, Uqanda və Burundi ilə sərhəddəki qızıl mədənləri silahlı qruplaşmaların hücumlarına məruz qalır. Üsyançılar bir neçə gündür hücumları intensivləşdirib.