Bayden Putinin “Qalın qırmızı xətti”ni keçdi - "Ukraynada dəhşətli səhvə yol verildi": ŞƏRH
Facebook
Вконтакте
Одноклассники
Google+
“ABŞ Prezidenti Co Bayden hakimiyyətə gələndən sonra ilk həftələrdə Çin təhdidinə qarşı uğurlu işlər icra edib. Lakin Bayden Rusiyaya qarşı sərt hücum siyasəti həyata keçirməklə dəhşətli səhvə yol verdi”.
Telexener.az xəbər verir ki, ABŞ-ın nüfuzlu siyasətçisi, elm adamı Con Mirşayme belə açıqlama verib. O bildirib ki, Baydenin Ukraynanın NATO-ya üzv olması ilə bağlı israr etməsi səhv siyasət idi:
“Ukrayna və NATO Rusiyanın xarici siyasətində “qalın qırmızı xətt” idi. Buna baxmayaraq, ABŞ Ukraynanın NATO-ya üzv olması üçün israr etdi. Bu da, hazırki qarşıdurmaya səbəb oldu. Ukraynadakı böhranın yaranmasına NATO və ABŞ səbəb olub. ABŞ israr etməsəydi indi Ukraynanın ərazisi işğal edilməzdi və bəlkə indi Ukrayna Krım barədə düşünürdü. ABŞ Ukrayna əvəzinə diqqətini Çinə yönəltməlidir. İndi ABŞ bu siyasətini dəyişdirə bilmir. Nə ABŞ, nə də Rusiya Ukraynada məğlub olmaq istəmir. Ona görə də, məntiqli razılaşma əldə etmək çətindir. Bu müharibə davam edəcək”.