Rusiya ordusu Nikolayevdə iki universitet binasına raket zərbələri endirib.
Telexeber.az xəbər verir ki, bu barədə Ukraynanın rəsmi nümayəndələri açıqlama verib. Məlumata görə, universitetlərə azı 10 raket atılıb. Fəsadlar barədə məlumat yoxdur. Şəhər meri Aleksandr Senkeviç əhalini sığınacaqlara getməyə çağırıb.
“Nikolayevdə 10-dan çox güclü partlayış baş verib. Hava xəbərdarlığı davam edir! Evlərinizi tərk etməyin”.