Rusiya neft satışını dayandıra bilər
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ölkəsinin neft hasilatı ilə bağlı planını açıqlayıb.
Telexeber.az xəbər verir ki, onun sözlərinə görə, neftin qiyməti hasilatın maya dəyərindən aşağı olarsa, Rusiya neftini dünya bazarlarına çıxarmayacaq. Novak neftin qiyməti ilə bağlı proqnoz verməyib.
Qeyd edək ki, Qərb ölkələri Rusiya neftinə sanksiya tətbiq etməyi nəzərdən keçirir. Bazarlardakı neftə olan tələbatın artmaması üçün Qərb digər neft ölkələrini hasilatı artırmağa çağırır.