Ukraynadakı müharibə İtaliya hökumətini "parçaladı": Baş nazir istefasını açıqladı

Ukraynadakı müharibə İtaliya hökumətini "parçaladı": Baş nazir istefasını açıqladıİtaliyanın Baş naziri Mario Draqi istefa verəcəyini açıqlayıb.

Telexeber.az xəbər verir ki, bu barədə hökumət başçısı özü açıqlama verib. Qeyd edək ki, parlamentdə keçirilən etimad səsverməsində Draqi 95 səslə qələbə qazanmışdı. 38 nəfər ona qarşı səs vermişdi. Etimad səsverməsində koalisiyanın 3 partiyasının iştirak etməməsi hökumətin dağılma təhlükəsi ilə üzləşdiyi barədə müzakirələrin ortaya çıxmasına səbəb olmuşdu. Hökumətdəki fikir ayrılığına səbəb irəli sürülən iqtisadi paket olub.
Ukrayna-Rusiya müharibəsinə görə enerji qiymətləri artdığı üçün, hökumət 23 milyard avro dəyərindəki iqtisadi paketi Senata təqdim edib. Koalisiya hökumətindəki M5S partiyası paketin yetərli olmadığını əsas gətirərək, səsverməni boykot etmişdi.
Популярный ролик