İspaniyada son iki həftə ərzində isti hava nəticəsində ölənlərin sayı 1065 nəfərə çatıb.
Telexeber.az xəbər verir ki, bu barədə İspaniyanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, isti hava nəticəsində xəsarət alan çox sayda sakin xəstəxanalara müraciət edib. Ölkədə temperatur 45 dərəcəyə çatıb. Bu, son 50 ildə müşahidə olunan ən yüksək göstəricidir. Məlumata görə, isti hava meşə yanğınlarına da səbəb olub. Minlərlə hektar ərazi kül olub. Qeyd edək ki, isti hava Avropanın bir sıra ölkələrində müşahidə edilir. Fransa, Böyük Britaniya və Yunanıstanda yüz minlərlə meşə sahəsi kül olub.