İsrail vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

İsrail vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdıİsrailin Xarici İşlər Nazirliyi öz vətəndaşlarına çağırış edib.

Telexeber.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Kiyevdəki səfirliyi yayıb.


Məlumata görə, İsrail XİN Ukraynada hazırda davam edən müharibə səbəbindən vətəndaşlarına çağırış edərək Ukrayna ərazisini tərk etməyi bildirib.

“Xarici İşlər Nazirliyi İsrail vətəndaşlarını Ukrayna ərazisinə, eləcə də Uman şəhərinə və onun ətraf ərazilərinə səfər etməkdən çəkinməyə çağırır. Ukraynada olan İsrail vətəndaşlarını isə dərhal ölkəni tərk etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.
Популярный ролик