Çində koronavirusdan sonra yeni virus yayılıb- Heyvandan insana keçən "Lanqya"

Çində koronavirusdan sonra yeni virus yayılıb- Heyvandan insana keçən "Lanqya"Koronavirusdan sonra Çində yenidən heyvandan insana keçən virus aşkarlanıb.

Telexeber.az xəbər verir ki, yeni virus olan "Langya"ya hələki heç bir insan yoluxmayıb. Mütəxəssislər deyir ki, bu virusun mutasiyaya uğrama ehtimalı da var.


Yeni virusun zoonoz növ olduğu, yəni heyvanlar tərəfindən yayılan mikrobların insanlara keçməsi nəticəsində ortaya çıxdığı müəyyən edilib. Araşdırmalarla "Lanqya"nın siçanlar vasitəsilə yayıldığı təxmin edilir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, zoonoz xəstəliklərə viruslar, bakteriyalar, parazitlər və göbələklər kimi zərərli mikroblar səbəb olur.

Virusa yoluxmuş insanlarda müşahidə edilən simptomlar isə yüksək hərarət, zəiflik, iştahasızlıq, əzələ ağrısı, ürəkbulanmadır.

Qeyd edə ki, virus adını yayıldığı "Langya" şəhərindən götürüb.
Популярный ролик