Türkiyə ordusu gücünə güc qatır: "SİPER" müdafiə sistemləri orduya verilir
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin istehsal etdiyi “SİPER” hava hücumundan müdafiə sistemlərinin orduya tədarükünə başlanılır.
Telexeber.az xəbər verir ki, bu barədə raket sisteminin istehsalçısı “Roketsan” şirkətindən açıqlama verilib. Məlumata görə, “SİPER” uzaq mənzilli müdafiə sistemidir. Raket sisteminin 100 kilometr mənzilli növü yaxın aylarda orduya tədarük ediləcək. Bildirilir ki, raket sisteminin bacarıqlarını yaxşılaşdırmaq üçün Türkiyənin bir neçə şirkəti birlikdə işləyir. Məqsəd müdafiə sistemlərinin mənzilini 150 kilometrə çatdırmaqdır.