ABŞ donanması Koreya adası ətrafına gəldi - Gərginlik
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ donanması yenidən Koreya adası ətrafında mövqe tutub.
Telexeber.az xəbər verir ki, məqsəd Cənubi Koreya ordusu ilə birgə təlimlərin keçirilməsidir. Bildirilir ki, Şimali Koreyanın ardıcıl ballistik raket sınaqlarından sonra ada ətrafında gərginlik artıb. İki həftə əvvəl regiondan ayrılan ABŞ-ın “USS Ronald Reagan” təyyarədaşıyan gəmisi yenidən ada ətrafına qayıdıb. Bildirilir ki, ABŞ donanması Cənubi Koreya ilə yanaşı Yaponiya donanması ilə də birgə hərbi təlimlər keçirir.
Qeyd edək ki, Şimali Koreya ardıcıl 10 ballistik raketi sınaqdan keçirib. Raketlərdən biri Yaponiya üzərindən keçərək Sakit okeanına düşüb.