Pentaqon rəhbəri ilə Şoyqu Ukraynanı müzakirə etdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Pentaqonun rəhbəri Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ukraynadakı vəziyyəti müzakirə edib.
Telexeber.az xəbər verir ki, onlar telefon danışığı zamanı təhlükəsizliyin aktual problemlərinə toxunublar.
Ostin Şoyqu ilə söhbətində Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı kontekstində açıq rabitə kanallarının saxlanmasının vacibliyini bəyan edib.
Qeyd edək ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan iki ölkənin müdafiə nazirləri ikinci dəfədir ki, bir-biri ilə danışıqlar aparıblar.