İstanbuldakı terrorla bağlı 48 nəfər saxlanılıb
Facebook
Вконтакте
Одноклассники
Google+

İstanbulun Taksim meydanı, İstiqlal küçəsində törədilən terror aktı ilə əlaqədar daha 2 şəxs saxlanılıb.
Telexeber.az xəbər verir ki, beləliklə hadisə ilə bağlı saxlanılanların sayı 48-ə yüksəlib.
Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub.