İran uranı 60 faizə qədər zənginləşdirməyə başladı - AEBA xəbərdarlıq etdi

İran uranı 60 faizə qədər zənginləşdirməyə başladı - AEBA xəbərdarlıq etdiİran öz yeraltı Fordo nüvə mərkəzində uranı 60 faiz saflığa qədər zənginləşdirməyə başlayıb.

Telexeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Açıqlamada o qeyd olunur ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) göndərdiyi məktubda uranı Fordo sahəsində 60 faiz saflığa qədər zənginləşdirməyə başladığı barədə agentliyi məlumatlandırıb.


Bağlı qapılar arxasında keçirilən səsvermədə diplomatlar bildiriblər ki, AEBA-nIn 35 ölkəsindən ibarət Rəhbərlər Şurası cümə axşamı günü İrana agentliyin üç elan edilməmiş yerdə aşkar edilmiş uran izləri ilə bağlı təhqiqatı ilə təcili əməkdaşlıq etməyi əmr edən qətnamə qəbul edib. İranın SNN şəbəkəsi isə Tehranın Natanz və Fordo nüvə obyektlərində də yeni sentrifuqalar quracağını bildirib. Qeyd edək ki, İranın Xarici İşlər Nazirliyi bazar ertəsi qətnaməni “siyasi motivli” adlandırıb.

Məlumat üçün bildirək ki, oktyabr ayında İran Natanzdakı yeraltı qurğuda IR-6 sentrifuqalarının üçüncü kaskadında uranı zənginləşdirməyə başlamışdı. Hesabata əsasən, İran AEBA-nı Natanzda quraşdırılması üçün nəzərdə tutulan 12 kaskaddan əlavə IR-2m sentrifuqalarının əlavə üç kaskadını quraşdırmaq niyyətində olması barədə xəbərdar edib.

Bundan əlavə, AEBA-ya məlumat verilib ki, müəssisədə IR-4 sentrifuqalarından ibarət kaskad və 6 kaskad IR-2m sentrifuqa quraşdırılıb, lakin onlardan hələ uranın zənginləşdirilməsi üçün istifadə edilmir.
Популярный ролик