Türkiyədəki güclü zəlzələdə xəsarət alanların sayı artdı - YENİLƏNİB
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin Düzce vilayətindəki zəlzələdən sonra xəsarət alanların sayı 46-ya çatıb.
Telexeber.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edək ki, zəlzələ nəticəsində ölən yoxdur.
08:58
Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.
Telexeber.az xəbər verir ki, nəticədə 35 nəfər xəsarət alıb.
Təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar İstanbul və Ankara şəhərləri daxil olmaqla ölkənin şimal-qərbində hiss olunub.
Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.
