7 ölkənin naziri eyni anda Kiyevə səfər etdi

7 ölkənin naziri eyni anda Kiyevə səfər etdiKiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə 7 ölkənin xarici işləri nazirləri arasında görüş olub.

Telexeber.az xəbər verir ki, görüşdə Estoniya, Litva, Norveç, Finlandiya, İsveç, İslandiya, və Latviyanın xarici işlər nazirləri iştirak edib. Məlumata görə, xarici işlər nazirlərinin Kiyevə səfər etməsində məqsəd Ukraynaya güclü dəstək nümayiş etdirmək olub. Zelenski bildirib ki, Baltik və Şimali Avropa ölkələri Ukraynanın torpaq bütövlüyünə və suverenliyinə dəstək verir. Zelenski dəstəklərinə görə, nazirlərə təşəkkür edib.
Популярный ролик