Şimali Koreyanın yeni lideri o olacaq - 10 yaşlı qız... / FOTOLAR
Facebook
Вконтакте
Одноклассники
Google+
Şimali Koreyanın yeni lideri Kim Çen Inın qızı ola bilər.
Telexeber.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilir ki, buna qədər Şimali Koreyada Kim Çen Indan sonra hakimiyyətə onun bacısının gələcəyi irəli sürülürdü. Lakin son günlər Kim Çen Inın 10 yaşlı qızı Jue Aeni ilk dəfə mühüm tədbir zamanı ictimaiyyət qarşısına çıxarması onun ölkənin liderliyinə namizəd olduğunu deməyə əsas verir.
Qeyd edək ki, Kim Çen In qızını ilk dəfə “Hwasong-17” raketinin testi zamanı ictimaiyyət qarşısına çıxarıb. Şimali Koreya lideri “Hwasong-17” raketinin dünyanın ən güclü strateji silahı olduğunu ifadə edib. Kim Çen In iki həftə sonra növbəti raket sınağı zamanı qızını ikinci dəfə ictimaiyyət qarşısına çıxarıb.