3 şagird buna görə edam edildi - Dünyanı dəhşətə gətirən səbəb
Facebook
Вконтакте
Одноклассники
Google+
Şimali Koreyada 3 şagird edam edilib.
Telexeber.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Chosun İlbo” qəzeti məlumat yayıb. Bildirilir ki, litsey şagirdləri Çinlə sərhədə yaxın ərazidə yerləşən Hyesan şəhərində Cənubi Koreyanın və ABŞ-ın televiziya proqramlarını və filmlərini izləyiblər. Onlar görüntüləri dostları ilə paylaşarkən saxlanılıblar. Məlumata görə, buna görə də oğlan şagirdləri edam ediliblər.
Qeyd edək ki, iki il əvvəl Şimali Koreya Cənubi Koreyanınaudiovizuallarını idxal edən və ya paylaşan hər kəsin edam edilməsi ilə bağlı qanun qəbul edib. Qanunda yaş həddi yoxdur.