Məşhur müğənni sağalmaz xəstəliyə tutuldu
Facebook
Вконтакте
Одноклассники
Google+
Kanadalı məşhur müğənni Selin Diona sağalmaz nevroloji xəstəlik diaqnozu qoyulub.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, 54 yaşlı müğənni İnstaqram hesabında pərəstişkarlarına ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.
Bu yaxınlarda ona milyonda 1-də rast gəlinən "donmuş" insan sindromu adlı çox nadir nevroloji xəstəlik diaqnozu qoyulduğunu bildirib.
Qeyd edək ki, "donmuş" insan sindromu nadir nevroloji xəstəlikdir. Bu xəstəlik gövdə və əzalarda əzələnin sərtləşməsi və əzələ spazmlarına səbəb olur. Çox səs-küy də spazmları artırır və nəticədə, xəstələr evdən çıxmağa qorxurlar, çünki küçənin səs-küyü spazmlara və yıxılmalara səbəb ola bilər.