Karen Donfrid: "ABŞ Cənubi Qafqazda sülh prosesinə yardım etməyə hazırdır"
Facebook
Вконтакте
Одноклассники
Google+
"ABŞ Cənubi Qafqazda sülh prosesinə yardım etməyə hazırdır".
Telexeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığında bildirib.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair fikir mübadiləsi aparıblar.
Həmçinin iki ölkə arasında sərhədlərin demarkasiyası prosesi, sərhəd təhlükəsizliyi, eləcə də regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına toxunulub.