İranın Londondakı müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı

İranın Londondakı müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldıİranın Londondakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin ölkəsində etirazçının edam edilməsi ilə bağlı Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Telexeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.


"Biz İran hakimiyyətinə mövqeyimizi açıq şəkildə bildirmişik. İran dərhal edamları dayandırmalı və öz xalqına qarşı zorakılığa son qoymalıdır”, - məlumatda bildirilir.

Britaniya Xarici İşlər Nazirliyinin Yaxın Şərq Departamentinin direktoru Vijay Rangaracan Londonda İranın müvəqqəti işlər vəkili ilə görüşdə qeyd edib ki, ölkəsi şəraitdən asılı olmayaraq ölüm hökmünün əleyhinədir.
Популярный ролик