​Kabildə çinlilərin qaldığı otelin yaxınlığında partlayış baş verdi

​Kabildə çinlilərin qaldığı otelin yaxınlığında partlayış baş verdiKabildə çinlilərin qaldığı otelin yaxınlığında partlayış səsləri eşidilib.

Telexeber.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilir ki, partlayışdan sonra silah səsləri eşidilib. Şahidlər partlayışın çox şiddətli olduğunu və silah səsləri eşitdiklərini bildiriblər. Məlumata görə, çinlilərin qaldığı oteldə yanğın başlayıb. Hadisənin detalları barədə məlumat verilməyib. Çinin Kabildəki səfirliyi məlumatı təsdiq edib. Hadisənin yaxından izlənildiyi bildirilib. Səfirlik lazımi tədbrilərin görüldüyünü açıqlayıb.


Qeyd edək ki, Əfqanıstanda son zamanlar İŞİD terrorçuları fəallaşıb.
Популярный ролик